Sabah çimərliklərə gedənlərin NƏZƏRİNƏ!
İyulun 1-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az--a verilən məlumata görə, mülayim şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar olaraq əhalinin diqqətli olması tövsiyə olunur. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.