Logo

Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açıldı - FOTO

Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıtda azyaşlının döyülməsi ilə bağlı cinayət işi açılıb.

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bildirilib ki, faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi açılıb: “İstintaq hərəkətləri davam etdirilir. İstintaq çərçivəsində təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri təmin olunacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlara görə, Sumqayıtda 3 bacı analarının tanışı tərəfindən fiziki zorakılığa məruz qalıb. Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən 12 iyun 2022-ci ildə təhqiqat başlanıb. Uşaqlar təhlükəsizlik baxımından Uşaq Sığınacağına yerləşdirib.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR