Türkiyədən Azərbaycana avtobus və mikroavtobus ixracı artıb
Cari ilin ilk yarısında Türkiyədən Azərbaycana avtobus, mikroavtobus ixracı artaraq, 4 milyon 293 min dollardan 41 milyon 467 min ABŞ dollarına yüksəlib. Sfera.az xəbər verir ki, bu barədə məlumatı Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi yayıb. Qeyd edilir ki, ilin ilk yarısında Türkiyədən 68 ölkəyə 581 milyon 214 min dollarlıq avtobus, mikroavtobus ixrac edilib. Avtobus və mikroavtobus ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,98 % artıb. Ötən ilin yanvar-iyun aylarında 509