Bakıdan Londona və əks istiqamətdə səyahət edən sərnişinlərin NƏZƏRİNƏ!
Kateqoriya məlum deyil
Londonun Hitrou (LHR) hava limanı tərəfindən qoyulan məhdudiyyətlərlə əlaqədar AZAL aviaşirkətinin Bakı-London-Bakı reysinin iyulun 19-na olan uçuş cədvəlində dəyişiklik edilib.
Bu barədə AZAL-dan Sfera.az-a məlumat verilib.
Belə ki, Bakıdan Londona uçuş saat 11:55-də, London-Bakı marşrutu üzrə uçuş isə saat 15:55-də (yerli vaxtla) həyata keçiriləcək.
Sözügedən reysin sərnişinləri əlavə suallarla bağlı aviaşirkətin [email protected] ünvanına müraciət edə bilərlər.






