Cəlal Qurbanov: “Dühaların divanı” bizi yaxşı eşidən düşmənə də divan tutdu” - FOTO/VİDEO
“Şuşa Qafqazın konservatoriyası adını geri qaytarır. Yeni "məclisi-üns"lərini yaşayır. Həsrətini çəkdiyi incəsənət, ədəbiyyat gecələrini, musiqi ilə açılan sabahlarını bərpa edir. Şuşaya sənət ruhu çox yaraşır”. Sfera.az xəbər verir ki, bu sözləri AYB - nin üzvü, Fire Land productionun rəhbəri Cəlal Qurbanov rəsmi instaqram səhifəsində yazıb. C. Qurbanov sözlərinə belə davam edib: “Heydər Əliyev Fondu hər zamankı qayğıkeşliyi ilə Şuşanın da ruhuna sığal çəkir, onu konsertlər, tamaşalarla