Xalasının müəllim yanına apardığı 13 yaşlı qız İTKİN DÜŞDÜ - FOTO
Sumqayıtda 13 yaşlı qız ötən gün itkin düşüb. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Məryəm İsmayılova dünən saat 11 radələrində yoxa çıxıb. Onun üzərində ağ və qırmızı damalı köynək, qara şalvar, ağ rəngdə krosovka olub. Ailənin dediyinə görə, həmin vaxt xalası onu hazırlığa aparıb, daha sonra isə Məryəmdən xəbər ala bilməyiblər: “Gecəyə kimi axtarmışıq. Polis əməkdaşları da axtarırlar. Xalası onu müəllim yanına hazırlığa apardı, “Hiper” marketin