Bakıda qadın evdən 8 min manatlıq QIZIL OĞURLADI
Kateqoriya məlum deyil
Bakıda evdən oğurluq edən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Allahverdiyeva saxlanılıb. Araşdırma aparılır.






