Neftçalanın 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur
Neftçala rayonunun Qaraqaşlı, Beştalı, Cəngan, Ərəbqardaşbəyli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur. “Azərişıq” ASC-dən Sfera.az-a verilən məlumata görə, ötən əsrin 60-ci illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq. Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.