Logo

Azərbaycanda bu xəstəxanaya direktor TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda bu xəstəxanaya direktor TƏYİN EDİLDİ - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.

Məcid Əliyev 21.02.1965-ci ildə Şəkidə anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

1990-1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasının həkim-terapevti işləyib. 1993-1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1997-2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri olub.

2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini, 2010-2017-ci illərdə isə baş həkim vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR