Logo

Xaçmazda 2 ustanı cərəyan vurdu

Xaçmazda 2 ustanı cərəyan vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Sfera.az xəbər verir ki, hadisə Yalama kəndində qeydə alınıb.

Belə ki, Xaçmaz rayon sakinləri - 1964-cü il təvəllüdlü Vəliaga Hacı oğlu Çobanovu və 1989-cu il təvəllüdlü Ramin Əziz oğlu Eyvazovu həmin ərazidə meyvə soyuducusunun dam örtüyünü tikən zaman elektrik cərəyanı vurub.

Hər iki şəxs Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin R.Eyvazovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR