Rayonlarda UN QITLIĞI yarandı - Bəs buna səbəb nədir?
Son vaxtlar unun qiymətinin bahalaşacağı haqda gəzən xəbərlərin ardından ölkəmizin bir sıra bölgələrində un qıtlığı yaranıb. Vətəndaşların "Xəzər Xəbər"ə müraciətinin ardından əməkdaşlarımız şimal qərb bölgəsində, Zaqatala, Balakən, Qax, Şəki rayonlarında olublar. Məlum olub ki, bu rayonlarda son 1 həftədir ki, un qıtlığı var. Sakinlər bildirirlər ki, satış nöqtələrində un tapmırlar. Bəs buna səbəb nədir? Sfera.az xəbər verir ki, şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un