Logo

Mətanət Xəzər Tv-dən getdi

Mətanət Xəzər Tv-dən getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Aparıcı Mətanət Əliverdiyeva Xəzər Tv-də yayımlanan "Gəzək, bişirək" verilişindən ayrılıb

Sfera.az xəbər verir ki, onu rəqqasə Fatimə Fətəliyeva əvəzləyəcək.

Bu haqda M.Əliverdiyeva Axşam.az-a açıqlamasında danışıb:

"Bu, prodakşın verilişi idi. Başqa işlərim olduğu üçün layihədən ayrıldım. Həm də düşünürəm ki, bütün rayonlarımızı, kəndlərimizi gəzdim, məncə artıq yetər. Fatiməyə də uğurlar arzulayıram".

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalından ayrıldıqdan sonra "Space"də işə başlamışdı. Orada cəmi bir ay çalışan aparıcı MTV-də fəaliyyətini davam etdirirdi. O, "6/8 axşam şousu" adlı verilişə aparıcılıq edirdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR