Logo

“Vikipediya Şuşanı Sevir” layihəsinin təqdimatı keçirildi

“Vikipediya Şuşanı Sevir” layihəsinin təqdimatı keçirildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 10-da Bakı şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”nə həsr olunmuş xüsusi müsabiqəsinin 22 qalibindən biri olan “Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyi tərəfindən müsabiqə çərçivəsində təqdim etdiyi “Vikipediya Şuşanı Sevir” qrant layihəsinin təqdimetmə mərasimi keçirilmişdir.

“Azərbaycan Vikimedia Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə azərbaycandilli Vikipediyanın aktiv istifadəçiləri, redaktorları və digər ekspertlər iştirak ediblər.

Tədbirin açılışında layihə haqqında geniş məlumat verən İctimai Birliyin sədri Elgün Atalıyev dünyanın ən böyük onlayn ensiklopediyası olan Vikipediyanın ölkəmiz üçün əhəmiyyətindən, habelə layihənin məqsədindən və hədəflərindən söz açıb, Şuşanın 270 illiyi ilə əlaqədar Vikipediyada 270 mövzu üzrə məqalələrin 8 xarici dildə etibarlı mənbələrdən istifadə edilərək yazılacağını qeyd edib. Layihə çərçivəsində Şuşa ilə əlaqəli fotoşəkillərin Vikianbara yüklənməsi, vikipediyaçılar üçün keçiriləcək düşərgə, Vikipediya təlimləri və s. kimi görüləcək işlər haqqında məlumat verib.

Layihənin icrasında məqsəd Şuşanın tarixi və mədəniyyəti, habelə erməni işğalı dövründə törədilən dağıntıları, məhv edilmiş tarix-mədəniyyət obyektləri barədə məlumatları Vikipediya vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, eyni zamanda Azərbaycan
dövləti tərəfindən burada aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırmaqdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR