677 bal toplasa da, yenidən imtahan verib 1-ci olan abituriyentin FOTOSU
Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Ziya Məlikov buraxılış imtahanında 292,3, I qrup üzrə qəbul imtahanında isə maksimal 400 olmaqla ümumilikdə 692,3 bal toplayıb. Sfera.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” feysbuk səhifəsi paylaşım edib. Qeyd olunub ki, bu Sumqayıt üzrə ən yaxşı nəticə hesab olunur. “Ziya həm 10, həm də 11-ci sinifdə Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibidir. Belə olan halda Ziya imtahansız qəbul olurdu. Ziya