Logo

"Qarabağ" - “Viktoriya” matçı ilə bağlı RƏSMİ AÇIQLAMA

"Qarabağ" - “Viktoriya” matçı ilə bağlı RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Viktoriya” (Plzen) komandası ilə qarşılaşacaq “Qarabağ”ın Çexiyaya səfər proqramı açıqlanıb.

Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 22-də Plzen şəhərinə yollanacaq.

Ağdam təmsilçisini Praqaya aparacaq təyyarə saat 09:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcək.

Avqustun 22-si Bakı vaxtı ilə saat 21:30-da "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Yarım saat sonra isə matçın keçiriləcəyi "Dusan Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da baş tutacaq. Bakıdakı ilk matçda hesab açılmayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR