Yanğının ziyan vurduğu ərazinin sahəsi açıqlandı
Avqustun 15-dən şimal bölgəsində yanğınlar davam edir. Təəssüf ki, yanğınlar Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında olmaqla, böyük ərazini əhatə edib. Bu, son dövrlərdə baş verən ən böyük yanğın hadisəsidir. Təbiətə böyük ziyan dəyib. İlkin hesablamalara görə, yanğın bələdiyyə, dövlət fondu torpaqları, eləcə də meşələr olmaqla, ümumilikdə, 4 min hektara yaxın əraziyə ziyan vurub. Sfera.az xəbər verir ki, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev