"Saç əkdirib, əməliyyat etdirib individuallığımızı itiririk"
"Azca sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi - keçəlik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qapqara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil". Sfera.az xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, plastik əməliyyat etdirənləri tənqid edib: "Saç əkdirmək, boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs