Logo

"Qarabağ" - "Frayburq" matçı ilə bağlı YENİ XƏBƏR

"Qarabağ" - " Frayburq" matçı ilə bağlı YENİ XƏBƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa Liqasının qrup mərhələsində “Frayburq”la qarşılaşacaq “Qarabağ” sabah saat 17:00-da səfərə yola düşəcək.

Sfera.az xəbər verir ki, Frayburq şəhərində hava limanı olmadığı uçün Ağdam təmsilçisini aparacaq təyyarə 5 saatlıq uçuşdan sonra əvvəlcə İsveçrənin Bazel şəhərinə eniş edəcək. Oradan isə komanda 60 kilometr məsafədə yerləşən Frayburqa yola düşəcək.

Sentyabrın 7-də yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə saat 21:40) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək.

“Frayburq”la matç sentyabrın 8-də keçiriləcək. Ağdam klubu Bakıya sentyabrın 9-da qayıdacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR