Türkiyə şirkəti yeni qırıcılarını Bakıda nümayiş etdirəcək - FOTOLAR
Türkiyənin Türk Aviasiya və Kosmos Sənayesi şirkəti (TÜSAŞ) Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) iştirak edəcək. Sfera.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, tədbir sentyabrın 6-8-də 32 ölkədən 200-dən çox şirkətin iştirakı ilə keçiriləcək. İştirakçılar arasında Türkiyə, Rusiya, Çin, Fransa, İtaliya, Niderland, Bolqarıstan və digər ölkələrin aparıcı sənaye şirkətləri var. Beynəlxalq sərgi çərçivəsində səkkiz milli stend təşkil olunacaq. Tədbir