Ferrari Purosangue: İtalyan markasının ilk krossoveri - FOTOLAR
Ferrari uzun müddətdir ki, populyarlığı günü gündən artan krossover seqmentinə müdaxilə etmək fikrindən uzaq idi. Hətta şirkətin keçmiş rəhbəri Sercio Markionne belə bir avtomobilin qəti əleyhinə çıxmışdı. Markionne, “Ferrari markası krossover buraxacaqmı?“ sualına cavab olaraq, - “ilk növbədə məni güllələməlisiniz”, - deyə cavabını vermişdi. Lakin, necə deyərlər – “adın nədir, Daşdəmir, yumşalırsan, yumşalı”. 2017-ci ildə Markionne fikrini dəyişərək krossoverin yaradılmasına qərar verdi.