Logo

Rusiyalı turistlər Antalya hava limanında dava saldı - VİDEO

Rusiyalı turistlər Antalya hava limanında dava saldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Antalya şəhərinin hava limanında rusiyalı turistlər arasında dava düşüb.

Sfera.az xəbər verir ki, hadisə sentyabrın 22-si axşam saatlarında baş verib.

Məlumata görə, 20 rusiyalı turist Antalyadan Moskvaya uçuş həyata keçirən reysə buraxılmayıb və təyyarə onları hava limanında qoyaraq uçub. Sözügedən şəxslərə isə reysə hansı səbəbdən buraxılmadıqları bildirilməyib.

Bir müddət sonra isə rusiyalı turistlər arasında əlbəyaxa dava düşüb. Turistləri hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları ayırmağa çalışıb.

Turistlərin hansı səbəbdən reysə buraxılmadığı və davanın səbəbi hələ ki açıqlanmayıb.

Qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR