Logo

Bakının bu küçəsi avtomobillər üçün bağlanır - DİQQƏT!

Bakının bu küçəsi avtomobillər üçün bağlanır - DİQQƏT!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtda yeni piyada zonaları təşkil etməyi planlaşdırır.

Sfera.az bu barədə quruma istinadən xəbər verir.

Agentliyin təqdim etdiyi vizualizasiyada Bakının İslam Səfərli küçəsinin avtomobillərsiz görüntüsü əks olunub.

Artıq bu küçənin piyada zonasına transformasiyası aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb. Piyada zonasının təşkili üçün İslam Səfərli küçəsinin seçilməsi təsadüfi deyil. “Qış Parkı” ilə “Fəvvarələr meydanı”nı birləşdirən bu küçədə daha çox tarixi binalar və abidələr yerləşir. Mövcud piyada zonalarının əhatəsinin genişləndirilməsi üçün qeyd edilən ərazilərə bitişik bəzi küçələrin də avtomobilsizləşdirilməsi nəzərdə tutulur.(report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR