Alim Qasımov Ərdoğanla görüşdü: "Konsertin sonuna qədər..."
Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Sfera.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib. O bildirib ki, Türkiyə prezidenti konsertdə xanəndədən "Sarı gəlin” mahnısını oxumağı xahiş edib: "Konsert Dubayda keçirilib. Orada Azərbaycanın böyük bir sərgi layihəsi vardı. Dedilər, tədbirə Türkiyə prezidenti də qatılacaq. Amma qaydalara görə, oturmayacaqdı, gəlib elə keçib-gedəcəkdi. Biz oxuyanda gəldi, baxdı,