Logo

Bu bürclərin nümayəndələri ilə evlənməyin! – Həyatı sizə zindan edəcəklər

Bu bürclərin nümayəndələri ilə evlənməyin! – Həyatı sizə zindan edəcəklər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Evlənmədən əvvəl partnyorumuzu yaxşı tanıdığımızı düşünsək də, eyni evi paylaşmağa başladığımız zaman tərəfdaşımızın dəyişdiyini və fərqli xüsusiyyətlərə sahib olduğunu da görə bilirik. “Çox yaxşı tanıyıram” dediyimiz  adamın dəyişməsini isə qəbul etmək çətin olur.

Sfera.az bu dəfə astrologiyada, xüsusən də evləndikdən sonra dərhal dəyişən bürclərlə bağlı məlumatı təqdim edir.

Şir bürcü - Bu insanlar şən və ekstrovert insanlardır. Dostları ilə ünsiyyət qurmağı və vaxt keçirməyi sevirlər. Münasibətlərində həmişə əylənmək və yaxşı vaxt keçirmək istəyirlər. Ancaq şir bürcü altında doğulanlar evləndikdən sonra dəyişə, evdə vaxt keçirməyə meyilli ola bilərlər. Bununla yanaşı onların eqoist davranışları ilə həyat yoldaşlarını özündən çıxarmaq qabiliyyətləri də var. Şir bürcü ilə evləndiyiniz zaman onun tənbəl və eqosentrik tərəfi ilə qarşılaşacaqsınız.

Oğlaq bürcü – Təbiətcə sabit olduğu düşünülsə də, evləndikdə tamamilə fərqli insanlar ola bilərlər. Oğlaqlar sevgililik dövründə heç vaxt partnyorunu məhdudlaşdırmır və ona azadlıq verir, şəxsi həyatına hörmətlə yanaşır. Lakin evləndikdən sonra yavaş-yavaş təzyiq edən və qaydalar qoyan tərəf olurlar. Partnyoruna hakim olmaq istəyirlər. Oğlaq kişiləri və qadınları bu mövzuda eyni xüsusiyyətləri nümayiş etdirirlər. Onların qaydaları ilə yaşamağa çalışmaq bir müddət sonra həyatınıza pis təsir edə bilər. Həmçinin, işgüzar oğlaqlar həyat yoldaşlarının qayğısına qalmağa da laqeyd yanaşa bilərlər.

Balıq bürcü – Onunla böyük sevgi yaşaya bilərsiniz. Emosional və romantik olduqları üçün bu bürcün nümayəndələri ilə münasibət qurmaq çox xoşdur. Ancaq balıqlarla evləndiyiniz zaman sizi dəyişdirməyə çalışa bilərlər. Onun emosionallığına və incikliyinə dözmək çox çətin ola bilər.

Əkizlər bürcü -  Flört etməyi sevirlər, münasibətdə sabitliyi sevmirlər. Onlar yeni insanlarla tanış olmaqdan və ünsiyyətdən zövq alırlar. Əkizlər bürcü olan biri ilə çox əylənə bilərsiniz, lakin onlar evləndikdən sonra  sadiq qalmağı bacarmırlar. Onun ağlı həmişə başqa insanlarda qala bilər. Çünki əkizlər həmişə tanışlığa oyun kimi baxırlar və bu, bir müddət sonra evliliyə zərər verir.

Oxatan bürcü - Heç böyüməyən uşaq kimidilər. Onlar həmişə yeni yerlər görmək və səyahət etmək istəyirlər. Özlərini hər mənada təkmilləşdirməyi sevən oxatanlar evlilikdə çox uğurlu olmur. Təkliyi sevən bu insanlar üçün eyni evdə bir adamla yaşamaq qorxuludur. Onlar hər fürsətdə həyat yoldaşının arzuolunmaz davranışlarını tənqid edə bilər. Belə olanda evlilikdən həzz ala bilməyəcəksiniz. Bu səbəbdən oxatan bürcü ilə evlənməmişdən əvvəl iki dəfə düşünməlisiniz.

Türkan,

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR