Azərbaycanda əhalinin banklara nə qədər borcu var? - RƏSMİ STATİSTİKA
Azərbaycanda banklar tərəfindən əhaliyə verilən kreditlər üzrə borcun həcmi 10 milyard manatı ötüb. Digər kredit təşkilatlarının da ayırdığı krediti nəzərə alsaq, əhalinin cəmi kredit borcu 10,33 milyard manata çatıb.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu ilin avqustun 1-də əhalinin banklar qarşısında 9,79 milyard manat borcu var idi. Avqustda borcun həcmi daha 211 milyon manat artaraq 10 milyard manatı ötüb.
Ev təsərrüfatlarının aldığı borcun böyük hissəsi istehlak kreditlərinə görə yaranıb. İstehlak kreditlərinə görə, yaranan borc 8,12 milyard manatdır.
Sahibkarlıq fəaliyyətinə görə, alınan kreditlər üzrə əhalinin borcu isə 1,881 milyard manatdır.
Onu da bildirək ki, əhalinin kredit borcu banklara olan ümumi kredit borcunun 50 faizindən çoxunu təşkil edir.
Vasif,
Sfera.az






