Dərsdə vəfat edən qızla bağlı AÇIQLAMA: "Atası da eyni səbəbdən..."
Xəbər verdiyimiz kimi, ötən gün Oğuzda 11-ci sinif şagirdi dərs zamanı ölüb. Sfera.az xəbər verir ki, Çaldaş kənd məktəbinin direktoru Adil Səmədov Modern.az-a Zarinanın özünəqapalı qız olduğunu bildirib, onun ölümü haqda danışıb: “Onun 6-cı dərsə qədər hər hansı narahatlığı olmayıb, hava soyuq olduğu üçün dərs açıq havada deyil, idman zalında keçirilib. Qızın halı müəllim və şagirdlərin yanında pisləşib. Biz dərhal təcili tibbi yardım çağırdıq, təəssüf ki, həyatını xilas etmək mümkün olmadı”.