\"Həftənin tək günlərində tək nömrəli, cüt günlərində isə...\" - Bakıdakı sıxlığın qarşısını belə almaq olar

\

Son günlər Bakı və Abşeron yollarında avtomobil sıxlığının artması müşahidə edilir. Yaranmış vəziyyətlə bağlı verilən şərhlərin əksəriyyətində sıxlığın artması avtomobillərin sayının çox olması ilə əlaqələndirilir.

 

Bəs həqiqətən də, ölkəmizdə, onun paytaxtında avtomobillərin sayı çoxdurmu?

 

Sfera.az-ın rəsmi məlumatlara istinadən apardığı kiçik araşdırmaya əsasən, ölkəmizdə, o cümlədən Bakı, Abşeron rayonlarında avtomobillərin sayı çox deyil. Əslində Azərbaycan avtomobil sıxlığı yüksək olan ölkələrdən hesab edilmir. 2021-ci ilin sonuna olan məlumatına əsasən, Azərbaycanda 1 milyon 566 min 743 ədəd avtomobil olub. Onlardan 1,349 milyon ədədi minik, 1,283 milyon ədədi isə şəxsi minik avtomobilidir. Bu məlumatlardan görünür ki, Azərbaycanda hər 1000 nəfərə 135 avtomobil düşür. Azərbaycan əhali sayı nəzərə alınmaqla avtomobil az olan ölkələrdən biridir. Bu göstəriciyə görə ölkəmiz dünya üzrə ilk 100-lüyə də daxil ola bilmir. Dünyada hər 1000 nəfərə düşən avtomobil sayı çox olan ölkə sıralamasında ilk beşlikdə San Marino (1300 avtomobil), Andorra (1050 avtomobil), Lixtenşteyn (926 avtomobil), Yeni Zellandiya (897 avtomobil) və ABŞ (868 avtomobil) qərarlaşıb. Azərbaycan sıralamada 110-115-ci yerləri bölüşdürür. MDB ölkələri ilə müqayisədə də Azərbaycanda avtomobil sayı azdır. MDB-də hər 1000 nəfərə düşən avtomobil sayı çox olan ölkələrdən Rusiya (397 avtomobil), Moldova (367 avtomobil), Belarus (343 avtomobil), Ukrayna (245 avtomobil), Qazaxıstan (207 avtomobil), Qırğızıstan (201 avtomobil), Ermənistan (177 avtomobil) var. Qonşularımızdan Gürcüstanda 378 avtomobil, Türkiyədə 254 avtomobil, İranda 175 avtomobil mövcuddur. Bu məlumatlardan göründüyü kimi, Azərbaycanda çox avtomobilin olmasından şikayətlənməyə əsas yoxdur. Bakı şəhərində də avtomobil sayı çox deyil. 2022-ci ilin əvvəlinə aid olan məlumata görə, Bakıda 700 min avtomobil qeydiyyatdadır. Bu, hər 1000 nəfərə 304 avtomobil deməkdir. Dünyada hər 1000 nəfərə 300-dən çox avtomobil düşən 73 ölkə var. Yəni, paytaxtla bağlı olan göstərici də yüksək hesab olunmur.

 

Bəs onda paytaxtda avtomobil sıxlığının səbəbi nədir?

 

Bunun başlıca səbəbi paytaxt yollarının ümumi uzunluğunun az olması və mövcud yolların ötürücülük qabiliyyətinin zəif olmasıdır. Buna görə də, Bakıda və onun ətrafında olan yollarda daim sıxlıq müşahidə edilir. Bu problemin həll edilməsinin isə 2 yolu var.

 

Birinci, avtomobil yollarının genişləndirilməsi, ikincisi avtomobillərin hərəkət intensivliyinin azaldılmasıdır. İlk variantı qısa müddətdə həyata keçirmək mümkün deyil. Buna nə vaxt, nə də maliyyə vəziyyəti imkan verir. Bakıda yolların bir neçə dəfə genişləndirilməsi lazımdır ki, buna da milyardlarla dollar vəsait tələb olunur. Mövcud vəziyyətdə yeganə çıxış yolu hərəkət intensivliyinin azaldılmasıdır. Dünyanın böyük şəhərlərində intensivliyin azaldılması üçün avtomobillərdən istifadə məhdudlaşdırılır. Bu məqsədlə, məsələn, həftənin tək günlərində tək nömrəli, cüt günlərində cüt nömrəli avtomobillərdən istifadəyə icazə verilir. Bununla yollara eyni vaxtda daha çox avtomobilin çıxmasının qarşısı alınır. Bakı ilə bağlı da gələcəkdə oxşar addımların atılmasından başqa yol qalmır. Bu tədbirlərlə bərabər yolların genişləndirilməsi, çoxmərtəbəli avtomobil dayanacaqlarının inşaası və s. kimi tədbirlərin də görülməsi vacibdir.

 

Vasif,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Natəvan Bayramova yeni vəzifəyə təyin olundu

"Referans Medical Group"un İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.   Sfera.az xəbər verir ki,...

Ayın 8-i kabusu... - Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

Ağstafa rayonunun Qırılı kəndində bir ailənin faciəli taleyi bütün kəndi dərindən sarsıdıb. Belə ki, eyni ailədən bir il ərzində 5 nəfərin ölməsi özü-özlüyündə ...

Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin Konqresdən keçməsinə razılıq vermə imkanını ciddi şəkildə nəzərdən ...

Azərbaycanda ana doğuş zamanı öldü - TƏFƏRRÜAT

20:06   İmişli rayonundan olan qadın Sabirabadda doğuş zamanı ölüb. Sfera.az xəbər verir ki, İmişli rayon sakini, 1992-ci il təvəllüdlü Kərimova...

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.   Sfera.az-ın məlumatına görə, meyit Yuxarı Qarabağ k...

Ermənistanda hərbi hissədə partlayış: Yaralananlar var

Ermənistan Müdafiə Nazirliyinin poliqonunda minaatan mərmisinin partlaması nəticəsində bir neçə nəfər yaralanıb.   Bu barədə Sfera.az“Armenpres...