Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - RƏSMİ AÇIQLAMA
Dekabrın 7-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Daşkəsəndə 13 sm, Altıağacda 11 sm, Şəkidə 7 sm, Qaxda 6 sm, Lerikdə 4 sm, Xaltan, Qrızda 2 sm, Şamaxı, Quba, Yardımlıda 1 sm olub. Düşən yağıntının miqdarı Lənkəranda 13.0 mm, Neftçalada 12.0 mm, Göytəpə, Astarada