Logo

Bu yollara avtobus zolağı çəkildi

Bu yollara avtobus zolağı çəkildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxtda fəaliyyət göstərən 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

“Bununla əlaqədar bildiririk ki, 11 dekabr 2022-ci il tarixindən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək”, - məlumatda deyilir.

Bu yollara avtobus zolağı çəkildi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR