Logo

DSX-nin Akademiyasında baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT

DSX-nin Akademiyasında baş verən yanğınla bağlı RƏSMİ MƏLUMAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının əsas korpusunda baş verən yanğında zərərçəkənlər evə buraxılıb.

Bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qurumun tabeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib: "Onlar ambulator müalicə üçün evə buraxılıblar".

Qeyd edək ki, dekabrın 6-da DSX-nin Akademiyasının əsas korpusunda yanğın qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Akademiyanın inzibati binasının dam örtüyündə baş verən yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə tam söndürülüb. İlkin səbəb kimi elektrik xəttində qısaqapanmanın olduğu ehtimal edilir.

Hadisə nəticəsində yanğında 14 nəfər tüstüdən zəhərlənib və TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR