Çimərliyə getmək istəyənlərin nəzərinə
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açılanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az -a verilən məlumata görə, iyunun 18-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.