“iPhone 18”dən yeni xəbər

"Apple" şirkətinin gələn il təqdim edəcəyi gözlənilən standart "iPhone 18" modelində operativ yaddaş (RAM) həcmini 12 GB-a çatdıracağı iddia edilir.
Sfera.az xəbər verir ki, şirkət təkmilləşdirilmiş süni intellekt və yeni "Siri" funksiyalarının baza modelində də stabil işləməsini təmin etmək üçün bu aparat yeniliyinə əl atır.
Bununla belə, "Apple"ın cihazın ilkin satış qiymətini artırmayaraq 799 dollar səviyyəsində sabit saxlayacağı gözlənilir.
"iPhone 18" ilə bağlı ortaya atılan yeni iddiaya görə, telefon süni intellekt funksiyalarının dəstəklənməsi üçün daha yüksək operativ yaddaş (RAM) həcmi ilə təchiz olunacaq. "DigiTimes" tərəfindən paylaşılan məlumatlara görə, "iPhone 18" möhtəşəm funksiyalarla təchiz olunacaq və hətta standart "iPhone 17" modelindən qat-qat üstün bir telefon olacaq.
Hazırda baza "iPhone 17" modelində 8 GB RAM-in olduğunu nəzərə alaraq, bu, kifayət qədər ciddi bir təkmilləşdirmə deməkdir. Şirkətin bu dəyişikliyə əl atmaqda əsas məqsədi başda yeni, ağıllı "Siri" funksiyaları olmaqla, ən qabaqcıl süni intellekt özəlliklərinin işini təmin etməkdir.
WWDC konfransında "Apple"ın ən üst səviyyəli süni intellekt modelindən istifadə edən bəzi funksiyaların yalnız 12 GB RAM-ə malik telefonlarda işləyəcəyi açıqlanmışdı. Bu isə həmin özəlliklərin yalnız "iPhone 17 Pro" modelləri və "iPhone Air" üçün əlçatan olacağı demək idi. Lakin standart "iPhone 18" modelində RAM həcminin 12 GB-a qaldırılması bu mənzərəni tamamilə dəyişəcək.
"Apple"ın bu təkmilləşdirmələri hər hansı bir qiymət artımı etmədən təqdim edəcəyidir. Yəni "iPhone 18" modelində də 799 dollarlıq başlanğıc qiyməti qüvvədə qalacaq./yenisabah
