Piyadaların NƏZƏRİNƏ: Qarlı yollarda mütləq bunlara əməl edin!

Piyadaların NƏZƏRİNƏ: Qarlı yollarda mütləq bunlara əməl edin!

Xəbər verdiyimiz kimi yanvarın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru qar yağmağa başlayıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Qarlı-buzlu yollarda təhlükəsiz hərəkət isə çox önəmlidir. Bu cür yollarda ən çox əziyyət çəkən, travma alan piyadalar olur.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, piyadalar müəyyən qaydaları mütləq nəzərə almalıdır:

 

“Səkilər bəzən yolun hərəkət hissəsindən tez donur - avtomobillərin hərəkəti yolun donmasını bir az ləngidə bilər. Ona görə də piyadalar buzlu səkilərlə hərəkət etməyə hazır olmalıdır. Xeyli küçələrimizin səkilərində sürüşkən döşəmə materiallarından, yəni mərmərdən, bəzəkli daşlardan və s. istifadə edilib. Belə yerlərdə çox ehtiyatlı olmaq lazımdır, çünki buz olmasa da, yerdə az qarın olması çox ciddi sürüşmə effekti yaradır. Piyada keçidlərini və ümumiyyətlə, yolun hərəkət hissəsini çox ehtiyatla keçin, avtomobillər həmişəki kimi tormozlanmır. Çalışın, yolun hərəkət hissəsində olmayasınız. Ən xəfif sürətlə və kifayət qədər aralıda olan avtomobil də təhlükəli ola bilər”.

 

Ekspert qeyd edib ki, piyadalar altı sürüşməyən ayaqqabılardan istifadə etsə məqsədəuyğun olar:

 

“Xüsusi zərurət yoxdursa, yollara çıxılmamalıdır. Xüsusən yaşlı insanların küçələrə çıxmamasına çalışmaqda fayda var. Əvvəlki illərin statistikası göstərir ki, qarlı-buzlu küçələrimizdə piyada hərəkət edərkən yıxılaraq ciddi travma alan insanların sayı yol-nəqliyyat hadisələrində travma alanların sayından bəzən 5 dəfə çox olur. Sürücülərə isə məsləhət edirəm ki, yolda piyada görən kimi ehtiyat tədbiri görsünlər – yəni dayanmağa hazır olsunlar, qarda-buzda piyada da sürətlə yeriyə bilmir, hətta anidən yıxıla da bilər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...