Logo

Rayonda evdən külli miqdarda narkotik tapıldı - FOTO

Rayonda evdən külli miqdarda narkotik tapıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hacıqabul sakinindən külli miqdarda narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Haxverdiyev saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 46 qrama yaxın, evindən isə 2 kiloqram 375 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Rayonda evdən külli miqdarda narkotik tapıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR