İki şəhər və üç rayonda ağaclar kəsilib - FOTOLAR
İki şəhər və üç rayonda ağaclar kəsilib. Bu barədə Sfera.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Füzuli, Ağsu, Lənkəran rayonlarında ağacların qanunsuz kəsildiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Sumqayıt şəhəri, Polad Həşimov və Sülh küçələri, Füzuli rayonu, Qayıdış