Logo

Qanunsuz ov edənlər cəzalandırıldı - FOTO

Qanunsuz ov edənlər cəzalandırıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Sfera.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Mingəçevir şəhər sakinləri Namiq Əliyev, Ramin Hüseynov, Lənkəran rayon sakinləri Samid Ağayev, İlham Mirzəyev, Yevlax rayon sakinləri Yusif Yusifov, Yusif Aslanov, Samir Rüstəmov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

B.Məhəmmədov onu da qeyd edib ki, ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 350 metr uzunluğunda 20 ədəd sintetik tor yığışdırılıb.

“Ayrı-ayrı inzibati rayonların ərazisində isə ov qaydalarını pozduqlarına görə Lənkəran rayon sakini Mehti Dadaşov və Xaçmaz rayon sakini Vasif Hacıyev saxlanılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Qanunsuz ov edənlər cəzalandırıldı - FOTO
Qanunsuz ov edənlər cəzalandırıldı - FOTO
Qanunsuz ov edənlər cəzalandırıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR