Azərbaycan ali tribunalda Laçın yolunun bağlı olmasını TƏKZİB ETDİ
Laçın yolunun guya bağlanması ilə bağlı bütün xəbərlər reallığa uyğun gəlmir, yolboyu hərəkət sərbəstdir, yolun özünə isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları nəzarət edir. Sfera.az xəbər verir ki, bunu Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib. O, deyib ki, əslində bu yolda azərbaycanlı ekoloqların dinc etiraz aksiyası keçirilir: "Onların özləri dəfələrlə bəyan