Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı: "Hamımız səbrsizliklə gözləyirik..."
“Dilarə ilə demək olar ki, hər gün danışıram, evlərinə gedirəm. Özünə gəlir, buna məcburdur, çünki 2 qızı var. O, güclü olmalıdır ki, uşaqları da baxıb ondan güc alsın”. Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva deyib. O, mərhum Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən söz açıb: “Dilarənin çox işi var. Məcburdur... İşlərinin, verilişinin başına qayıtmalıdır. “SOY” production qalıb belə... Akademik Milli Dram teatrında “Adamın adamı”