Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı: "Hamımız səbrsizliklə gözləyirik..."

Həmkarı Dilarə Əliyevanın vəziyyətindən danışdı:

“Dilarə ilə demək olar ki, hər gün danışıram, evlərinə gedirəm. Özünə gəlir, buna məcburdur, çünki 2 qızı var. O, güclü olmalıdır ki, uşaqları da baxıb ondan güc alsın”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ülviyyə Əliyeva deyib.

 

O, mərhum Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın vəziyyətindən söz açıb: “Dilarənin çox işi var. Məcburdur... İşlərinin, verilişinin başına qayıtmalıdır. “SOY” production qalıb belə... Akademik Milli Dram teatrında “Adamın adamı” tamaşasında rol almışdı. Bir yerdə həmin tamaşanı oynayacaqdıq, başımıza belə hadisələr gəldi. Hamımız səbrsizliklə gözləyirik və dua edirik ki, Dilarə aramıza qayıtsın. Onu iş xilas edəcək. Psixoloji vəziyyəti bəllidir. Onun çevrəsində olan insanlar, yəni həm Oqtayın, həm də Dilarənin ailəsi, eləcə də, biz dostları ona mənəvi və psixoloji dəstək olmağa çalışırıq. Dilarənin özü də möhkəm qadındır. Mərhum Oqtay Əliyevin anası Elmira xanımın da vəziyyəti yaxşı deyil. Dağ boyda oğlunu itirdi”. (Bizim.Media)


OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...