İftarı gecikdirmək olarmı? - AÇIQLAMA
Kateqoriya məlum deyil
“Orucda tövsiyə edilən əməllərdən biri də iftarı gecikdirməmək, orucu vaxtında açmaqdır”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib. O qeyd edib ki, İslam dinində üzrlü səbəb olmadan iftarı gecikdirmək bəyənilməyən əməllərdən sayılır.
“Məhəmməd Peyğəmbər bu barədə buyurub: "İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar". Odur ki, çalışaq üzrlü səbəb yoxdursa, iftarı vaxtında edək, oruc açmağı gecikdirməyək”, - deputat əlavə edib.
Türkan






