Sumqayıtda 17 yaşlı qız itkin düşdü - FOTO
Sumqayıtda 17 yaşlı qız itkin düşüb. Bu barədə Sfera.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Yaşıldərə bağlar massivi ərazisində yaşayan Aydan Cahangirova martın 31-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb: "Onun əlamətləri belədir: Boyu 170 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, saçı qara, gözləri qəhvəyidir Evdən çıxarkən əynində qırmızı rəngli qış gödəkçəsi, tünd göy rəngli cins şalvar, ayağında ağ rəngli idman ayaqqabısı