Nazirlikdən xəstəxanaya yerləşdirilən yeniyetmə ilə bağlı AÇIQLAMA

Nazirlikdən xəstəxanaya yerləşdirilən yeniyetmə ilə bağlı AÇIQLAMA

Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti haqqında məlumat açıqlayıb.

 

Nazirlikdən Sfera.az-a verilən məlumatda bildirilib ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan  yeniyetmə  polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib.

 

“Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”, - rəsmi məlumatda bildirilib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə M.Hacıyev 1 saylı psixiatriya xəstəxanasına yerləşdirilib. Bu isə ictimaiyyətin narazılığına səbəb olub.


OXŞAR XƏBƏRLƏR