Röyaya qarşı dələduzluq edən restorandan AÇIQLAMA: \"Burada nə var ki?..\"

Röyaya qarşı dələduzluq edən restorandan AÇIQLAMA: \

"Ötən gün həmkarlarım mənə bir anons videosunu göndərərək bildirdilər ki, sabah Röya xanım konsertdə iştirak edəcək, ondan müsahibə almaq istəyirik. Anonsu görəndə çox təəccübləndik. Röya xanım Azərbaycanda olmadığı halda, ondan xəbərsiz afişada qeyd olunub ki, guya bu gün, yəni 4 aprel tarixində səhnədə yer alacaq. Həmçinin afişada Röya Ayxandan başqa, digər sənətçilərin, Aynur Dadaşova və Tərlan Novxanının da adları yer alıb".

 

Sfera.az xəbər verir ki, bunu Röya Ayxanın mətbuat katibi Elvin Elxan bildirib. Onun sözlərinə görə, Xalq artisti Vətənə döndükdən sonra bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək:

 

"Çünki nəinki afişaya şəkil qoymaq, adın salınması belə, dələduzluq sayılır. Görünür ki, burada məqsəd Röya xanımın adından istifadə edib, restorana müştəri toplamaq olub".

 

E.Elxan müğənninin ilk dəfədir ki, bu cür dələduzluqla üzləşdiyini də vurğulayıb.

 

Oxu.az-ın əməkdaşı Röya Ayxanın konsert verəcəyi barədə afişa hazırlayıb anons edən restoran rəhbərliyindən də mövqe öyrənməyə çalışıb. Özünü restoranın əməkdaşı kimi qeyd edən şəxs artıq problemin həll olunduğunu deyib:

 

"Burada nə var ki? Röya xanımın adı afişada qeyd olunub, amma özü ölkədə olmadığı üçün səhnədə çıxış etməyəcək. Bu məsələ restorana deyil, təşkilatçılara aiddir".

 

Qeyd olunub ki, artıq müğənninin mətbuat katibləri ilə də danışılıb və məsələ həll edilib.


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...