“Ermənistan idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil” - Könül Nurullayeva

“Ermənistan idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında deyil” - Könül Nurullayeva

Milli Məclisin deputatı Könül Nurullayeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması vandallığı ilə bağlı fikirlərini bölüşüb.

 

Sfera.az deputatın mövqeyini təqdim edir:

 

Ermənistanın faşist və terrorçu mahiyyəti idman yarışlarının da sağlam şəraitdə keçirilməsinə imkan vermir. İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən birinin Azərbaycan bayrağını yandırması, bu barbarlıq beynəlxalq ictimaiyyət, beynəlxalq idman təsisatlarının gözü qarşısında baş verdi. Biz beynəlxalq ictimaiyyəti bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq.

 

Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin birgə bəyanatında da bu çağırış yer alıb.

 

Avropa Ağır Atletika Federasiyası Ermənistana qarşı sanksiya tətbiq etməlidir.

 

Bu vaxta qədər Azərbaycanda keçirilən, ermənilərin də iştirak etdiyi idman tədbirlərində bir dəfə də olsun belə və ya buna bənzər hal yaşanmayıb.

 

"Bakı-2015" I Avropa Oyunlarının boks yarışında gümüş medal qazanan erməni idmançı mükafatlandırma mərasimində azarkeşlər tərəfindən fitə basılarkən, Prezident İlham Əliyevin jestini - azarkeşləri bunu dayanmağa çağırmasını xatırlatmaq yerinə düşər. Hətta erməni idmançı o vaxt özü də bununla bağlı təəsüratını bölüşərək idman qaydalarına uyğun olaraq əlinin sıxıldığını, təbrik edildiyini bildirmişdi. Bunu nümunə kimi qeyd etmişdi. Bu, Azərbaycan nümunəsidir. Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə isə belə bir barbarlığın törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması bu ölkədə etnik nifrətin, Azərbaycanofobiyanın bariz nümunəsidir.

 

Hər zaman idman yarışları xalqları birləşdirib, sülhü təbliğ edib. Ermənistan isə idman yarışlarından da irqçilik məqsədilə istifadə etdi, xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsiplərini pozdu.

 

Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir.


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...