Ölkədə taksidən istifadə edənlərin sayında azalma
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstəriblər. Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 369,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 23,8 faiz