Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTO
Aprelin 19-da Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Salyan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Sfera.az -a Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, hazırda 25 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 7-si paytaxt Bakıda, digər 18-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən və