Abşeronda iftar süfrələri açıldı - FOTOLAR

Abşeronda iftar süfrələri açıldı - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti və RİH yanında İştimai Şura tərəfindən şəhidlərimizin ailələri və qazilər üçün iftar süfrəsi açılıb. 

 

Sfera.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. 

 

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində düşmən üzərində şanlı qələbə qazanması ilə bütün şəhidlərimizin qisası alınmışdır. İşğaldan azad olunan yurdumuzda kənd və qəsəbələrimizin, rayon və şəhərlərimizin surətli şəkildə yenidən qurulduğunu, soydaşlarımızın artıq geri döndüklərini vurğulayan RİH başçısı qeyd etmişdir ki, ölkəmizin hər bir bölgəsində olduğu kimi, Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə, ümumilikdə müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərilir. 

 

Daha sonra Vətən Müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron Rayon İcra Hakimiyyəti yanında İştimai Şuranın sədri Xatirə İsmayılova və ilahiyyatçı Rasim Xadaverdiyev çıxış edərək ordumuzun gücündən, Silahlı Qüvvələrimizin hər bir təxribatın qarşısını almağa qadir olmasından, o cümlədən dövlətimizin qarşıya qoyduğu bütün məqsədlərə çatmasından söz açmış, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər. 

 

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin və yerli bələdiyyələrin birgə təşkilatçılığı ilə Xırdalan şəhəri də daxil olmaqla rayonun bütün kənd və qəsəbələrində Ramazan ayı ərzində şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün iftar süfrələri açılmış, şəhidlərimizin ruhuna dualar oxunulub. 
 

Abşeronda iftar süfrələri açılıb - FOTOLAR

  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR
  • Abşeronda iftar süfrələri açılıb - FOTOLAR

OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...