"Anam, gözlə məni, gələcəm" - Əsir düşən hərbçimiz İrəvandan məktub göndərdi + FOTOLAR
Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Sfera.az xəbər verir ki, bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib. Onun sözlərinə görə, məktub BQXK nümayəndələri tərəfindən təqdim olunub: “Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, - məktubda deyilir. Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir