17 yaşlı qız özünü... - Sumqayıtda DƏHŞƏT!
Kateqoriya məlum deyil
Bu gün Sumqayıt şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, yeniyetmə qız özünü şəhər ərazisində yerləşən çoxmərtəbəli binanın 14-cü mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar edən qızın 2006-cı il təvəllüdlü A.Tağıyeva olması müəyyən edilib.
İntiharın səbəbi və baş vermə şəraiti ilə bağlı araşdırmalara başlanılıb.






