Xalq artisti Heydər Əliyevlə bağlı xatirəsini DANIŞDI: "Ona deyiblər ki, beynimə qan sızıb..." - VİDEO
Xalq artisti Ofeliya Sənani Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Sfera.az xəbər verir ki, aparıcı bu haqda "ATV səhər"də bəhs edib. O bildirib ki, bir vaxtlar beyninə qan sızıb və Heydər Əliyevin köməkliyi ilə sağalıb: "Heydər Əliyevin AzTV ilə çox yaxşı münasibəti var idi. Hara gedirdi çəkib gətirirdilər, biz də efirdə oxuyurduq. Bütün verilişlərə baxıb, rəy deyirdi. Bir dəfə gecə veriliş gedirdi, düşündüm ki, buna kim baxacaq? Sən demə, Heydər Əliyev özü baxıb. Səhəri